ABŞ müttəfiqlərinə Rusiyanın eksperimental silahı ilə bağlı xəbərdarlıq etdi -"Bloomberg"

ABŞ müttəfiqlərinə Rusiyanın eksperimental silahı ilə bağlı xəbərdarlıq etdi -"Bloomberg"
09:35

ABŞ Ukrayna və özünün digər müttəfiqlərinə Rusiyanın “eksperimental silahlardan” mümkün istifadəsinə dair xəbərdarlıq edib. Bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinə görə, rəsmi Moskva Ukraynadakı hədəflərə hücumlarında əhəmiyyətli dərəcədə böyük döyüş başlıqlarına malik raketlərdən istifadə edib.

Xatırladaq ki, dünən, noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi Qərb ölkələrinin son davranışlarına cavab olaraq Dneprdəki "Yujmaş" hərbi zavodunu ən son "Oreşnik" orta mənzilli raket kompleksi ilə vurub. Onun sözlərinə görə, hava hücumundan müdafiə vasitələri belə raket hücumlarının qarşısını ala bilmir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər