Rusiyanın “RaHDit” haker qrupu “NemeZida” saytında maraqlı məlumat bazasını yayıb. Bazada Ukrayna Səhiyyə Nazirliyinin orduya çağırıla biləcək və İİV-ə yoluxmuş ölkə vətəndaşları haqqında məlumatları yer alıb. Rusiya mediasına açıqlama verən qrupun nümayəndəsi deyib ki, bu təhlükəli xəstəliyin daşıyıcısı olan ukraynalıların siyahılarını dərc etməkdə məqsəd bu kateqoriyanın səfərbərlik potensialını göstərmək və bununla da Rusiya səhiyyə xidmətlərinə Ukraynadan olan qaçqın və məhbusların potensial təhlükəsi barədə xəbərdarlıq etməkdir. Hazırda Ukrayna Səhiyyə Nazirliyində İİV-ə yoluxmuş 367 mindən çox vətəndaş qeydiyyatdadır. Onlar əsasən 60-80-ci illərdə doğulmuş insanlardır.
Siyahılarda həmçinin 30-cu illərdə doğulmuş xeyli yaşlı vətəndaş da tapmaq olar. Bundan əlavə, HİV-ə yoluxmuş yüz minlərlə ukraynalı arasında gənclərə və hətta 2000-ci illərdə doğulmuş uşaqlara rast gəlmək olar. Həmçinin, məlumat bazasına əlavə olaraq narkotik istifadəsi, alkoqol istifadəsindən əziyyət çəkənlərin də adları var.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural