"Toya dəvət ediləndə gedirəm. 20, 40 dəqiqə, yarım saat... Kim nə qədər verir, min bərəkət. Heç vaxt toya yüksək qiymətə getməmişəm. Ona görə də hər gün toyda olmuşam".
News365.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Qonaqcanlı" verilişində deyib.
Xanəndə toy məclisində başına gələn hadisəni bölüşüb. O bildirib ki, illər əvvəl qatıldığı məclisdə aldığı pullar saxta çıxıb:
"Adətdir, toyda şabaş olur. Bir dəfə də toya getdik, onda da dollar idi. Evə gəldik ki, hamısı saxta idi. 1990-ci illərdən danışıram... Şabaş yox, danışdığımız məbləğ idi. Təsəvvür edin, hamının pulunu verdim, səhər yığdılar ki, saxtadır. Evdə özümə qalanı da yoxlatdırdım, dedilər saxtadır. Bütün ansamblın pulunu evdən verdim".