Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri tərəfindən Xarkov vilayətinin (Ukrayna) səkkiz yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində üç nəfər həlak olub, daha altı nəfər xəsarət alıb.
News365.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sineqobov məlumat verib.
O, həmçinin qeyd edib ki, hökumət zərər çəkmiş bölgələrdə elektrik təchizatını bərpa etməyə davam edir.