Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.
News365.az xəbər verir ki, bu barədə Xalq artistinin qızı, kinoşünas Leyla Şabanova bildirib.
“Nəslimizin dayağı, gözəl anamız, nənəmiz, ulu nənəmiz bu gün haqq dünyasına qovuşdu”, - Leyla Şabanova qeyd edib.
Qeyd edək ki, Elmira Şabanova 1940-cı ildə Bakıda anadan olub. O, 30-a yaxın bədii filmdə rol alıb.( APA)