Çin Shenzhou-24 kosmik gəmisini orbitə göndərib.
News365.az xəbər verir ki, missiyanın heyətində Pakistan vətəndaşı olan Məhəmməd Zeşan Əli də yer alıb.
Beləliklə, o, Çinin Tiangong kosmik stansiyasına səfər edən ilk əcnəbi astronavt olub. Missiya çərçivəsində 90-dan çox elmi təcrübənin aparılması planlaşdırılır.