Bakının Nərimanov rayonu ərazisində bəzi fərdi yaşayış evlərinin plana düşdüyü bildirilir. Söküntü nəzərdə tutulan evlərin hər birinin nömrələndiyi qeyd olunur. Ərazidən Ağ Şəhərdən başlayan yeni avtomobil yolunun keçəcəyi gözlənilir.
News365.az-ın əldə etdiyi məlumata görə, yol layihəsi ilə əlaqədar İsmayıl Hidayətzadə və Şahin Mustafayev küçələrinin kəsişməsində yerləşən fərdi yaşayış evlərinə möhür vurulub.
Məsələ ilə bağlı News365.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, yolun tikintisi ilə bağlı ilkin işlərə başlanılıb. Hazırda layihənin həyata keçiriləcəyi ərazidə kommunikasiya xətlərinin köçürülməsi və digər hazırlıq işləri aparılır.
Bu proses başa çatdıqdan sonra növbəti mərhələdə yolun tikintisinə başlanılacaq.