Parlamentdə "qohumbazlıq" polemikası: Sahibə Qafarovadan deputatlara sərt xəbərdarlıq

Parlamentdə "qohumbazlıq" polemikası: Sahibə Qafarovadan deputatlara sərt xəbərdarlıq
24 Noy 2026 23:40

Razi Nurullayev qohumbazlıqdan danışdı, Sahibə Qafarova cavab verdi: “Canfəşanlıq göstərməsinlər”

News365.az xəbər verir ki,Milli Məclisdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev dövlət qurumlarında qohumbazlıq hallarını tənqid edib.

O bildirib ki, bəzən bir şəxsin vəzifəyə təyin olunması onun qohumlarının, dostlarının və tanışlarının karyera yüksəlişinə səbəb olur, peşəkar kadrlar isə sıxışdırılır.

“Bir insanın vəzifəyə gəlməsi niyə başqa onlarla insanın karyerasının sonu olmalıdır? Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir?”

Deputat vurğulayıb ki, dövlət qurumları heç kimin ailə müəssisəsi və ya şəxsi mülkü deyil.

Sahibə Qafarova isə cavabında bildirib ki, qanunun tələbləri deputatlara da aiddir:

“Ona görə də deputatlar öz yaxın qohumlarının məsələsini parlamentdə gündəmə gətirib, həlli üçün xüsusi canfəşanlıq göstərməsinlər”


Sizin reklam burada
Sizin reklam burada