Ölkədə həyata keçirilən sosial siyasət vətəndaş rifahının yüksəldilməsi istiqamətində islahatların ardıcıl davam etdirilməsinə və sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradıb. Bu artım dinamikası gələn il də davam edəcək.
News365.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
Qeyd olunub ki, sosial müdafiə sisteminin inkişafı Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırığı ilə son 7 ildə illik əlavə 8 milyard manat vəsaitin ayrıldığı 5 böyük sosial islahat paketi həyata keçirilib.
Bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3,4 dəfə, minimum və orta aylıq pensiyalar 2,9 dəfə, pensiya təminatı üçün ayrılan illik vəsait 2,3 dəfə, müavinət və təqaüdlər üçün nəzərdə tutulan illik vəsait isə 5 dəfə artıb.
Bildirilib ki, Prezidentin tapşırığı ilə gələn il növbəti, 6-cı sosial islahat paketi icra olunacaq. Sosial ödənişlərdə artım dinamikası 2027-ci ildə də davam etdiriləcək. Həmçinin 1,1 milyon nəfəri əhatə edən pensiyaların gələn ilin əvvəlindən indeksləşdirilərək artırılması təmin olunacaq.
Kollegiya iclasında nazirliyin tabeliyindəki qurumların 2026-cı ilin yanvar-oktyabr aylarında gördüyü işlər barədə məlumat verilib. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma fəaliyyəti, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin dövlət sosial xidmətləri sistemində rəqəmsal həllərin genişləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində gördüyü işlər diqqətə çatdırılıb.
Bununla yanaşı, DOST İnfrastruktur Mərkəzinin yeni sosial obyektlərin tikintisi və infrastruktur layihələrinin icrası, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, DOST İş Mərkəzinin məşğulluğun dəstəklənməsi, DOST Çağrı Mərkəzi – 142-nin isə vətəndaş müraciətlərinin operativ cavablandırılması sahəsində fəaliyyəti müzakirə olunub.
İclasda sosial təminat sisteminin təkmilləşdirilməsi istiqam