Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb

Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
19:00

Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb.

News365.az xəbər verir ki, saxlanılanlar paytaxt Katmanduda yaşayan 56 yaşlı Punya Prasad Niraula və 20 yaşlı Şreya Şresthadır.

Nepal Polisi Mərkəzi İnformasiya Mərkəzinin məlumatına görə, zərərçəkmişlərdən hər iki şübhəli barəsində şikayətlər daxil olub. Niraula şikayətçilərin birindən Azərbaycanda iş təşkil edəcəyini vəd edərək 3,2 milyon Nepal rupisi (35 min manatdan çox - red.) almaqda ittiham olunur. Şrestha isə öz növbəsində başqa bir şəxsə Kanadada iş vəd etməsi müqabilində 345 min rupi (3800 manatdan çox - red.) almaqda şübhəli bilinir.

Pulları aldıqdan sonra hər iki şübhəli şikayətçilərlə əlaqəni kəsib.

Tahaçal rayonunun Xaricdə Məşğulluq Departamenti və yerli polis saxlanılanlara qarşı sonrakı tədbirlərin görülməsi üçün dələduzluq faktları üzrə araşdırma aparır.



Sizin reklam burada
Sizin reklam burada