ÜST yeni pandemiyanın hər an yarana biləcəyini deyir

ÜST yeni pandemiyanın hər an yarana biləcəyini deyir
05 Mar 2025 16:32

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ofisinin rəhbəri Batır Berdıklıçev diqqət çəkən açıqlamalar verib. O, TASS-a açıqlamasında bildirib ki, dünyada pandemiya hər an başlaya bilər.

Onun sözlərinə görə, bu gün dünyada təhlükəli patogenlərin yaranması və mutasiyaya uğraması riski yüksəkdir. Onlar çox vaxt insanlar üçün tamamilə zərərsiz olurlar. Lakin bu patogenlər pandemiyaya da səbəb ola bilərlər.

“Biz dəyişən, mutasiyaya uğrayan və bəzi yeni xüsusiyyətlər əldə edən çoxlu sayda mikroorqanizmlərin olduğu bir dünyada yaşayırıq. Belə patogenlərin yaranma riski isə mövcuddur və bu təhlükə çox yüksəkdir”, - Berdıklıçev deyib.

O, əlavə edib ki, bu gün heç kim yeni pandemiyanın nə vaxt və harada yaranacağını dəqiq proqnozlaşdıra bilməz: "Ancaq biz sadəcə həm milli, həm də beynəlxalq səviyyədə buna hazır olmalıyıq".

Tural


Sizin reklam burada
Sizin reklam burada