"Uşaqların sosial şəbəkələrə çıxışına qadağa qoymaq faydasız olacaq"- Millət vəkilindən TƏKLİF

"Uşaqların sosial şəbəkələrə çıxışına qadağa qoymaq faydasız olacaq"- Millət vəkilindən TƏKLİF
30 Okt 2024 15:29

Xəbər verildiyi kimi Norveç hökuməti “kiçik uşaqların beyinlərini hədəfə aldığı” deyilən texnologiya şirkətlərinə qarşı kampaniyanı gücləndirdiyi üçün sosial media istifadəçilərinə minimum 15 yaş məhdudiyyəti tətbiq edib.

Buna qədər Avstraliya da azyaşlı yeniyetmələr və uşaqlar üçün sosial mediaya qadağaqoyub  və bunun uşaqların sosial mediaya və digər rəqəmsal platformalara girişini əngəlləyəcəyini bildirib. Yaş həddi hələ müəyyən edilməyib, lakin 14-16 yaş arasında olması ehtimalı var.

Fransa 15 yaşdan kiçik şagirdlərin məktəblərdə mobil telefondan istifadəsini qadağan etməyə çalışır. Müvəffəqiyyət qazanarsa, məhdudiyyət yanvar ayından bütün ölkə üzrə tətbiq oluna bilər.

Mövzu ilə bağlı News365.az–a danışan mllət vəkili Ceyhun Məmmədov hesab edir ki, qadağa çıxış yolu deyil:

“Bu məsələdə qadağanın rolu böyük olmayacaq. Ona görə də biz qadağalar barədə yox, maarifləndirmə barədə düşünməliyik. Yəni bu gün hadisələr elə formada baş verir ki, bunu qadağalar yolu ilə tənzimləmək qeyri-mümkündür. Ona görə də hesab edirəm ki, bu prosesin qabağını almaq üçün başqa yollar barədə düşünməliyik. Bu da ondan ibarət olar ki, maarifləndirmə işini gücləndirməklə uşaqları və yeniyetmələri bu prosesdən çəkindirək. Maarifləndirmə və təbliğat yolu ilə bunu etmək daha məqsədəuyğundur.

Nəzərə alaq ki, qadağa forması hazırlamaq və onu daima nəzarətdə saxlamaq olduqca çətindir. Üstəlik, qadağa prosesə marağı daha da artıracaq.  Ona görə də mən qadağa variantını istisna edirəm. Ancaq maarifləndirmə yolunu irəli sürürəm. Çünki, düzgün tərbiyə bütün çətinlikləri aşmağa imkan verir.  Hesab edirəm ki, orta məktəblərdə, mediada məsələ barədə, onun fəsadları barədə yeniyetmələrdə və gənclərdə zəruri bilgi formalaşdırmalıyıq”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada