Bu gün hava
meteohəssas insanlar üçün əlverişsizdir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
"Oktyabrın 21-də Abşeron yarımadasında gündüz saatlarında xəzri küləyinin
arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq
hissi yarada bilər", - deyə məlumatda qeyd olunub.
Məsələ ilə
bağlı News365.az -a danışan həkim Rasif Bağırov belə
gündə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab
edir:
“Belə gündə
müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur
və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.
Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən
insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az