Uşağım üçün etdiyimi deyirdi – 110 kiloqram narkotiklə yaxalandı

Uşağım üçün etdiyimi deyirdi – 110 kiloqram narkotiklə yaxalandı
13:56

İrandan göndərilən 110 kiloqram narkotik vasitəni götürmək üçün Bakıdan Hacıqabula gedən Tərlan Quliyev polis əməkdaşları tərəfindən həbs edilib.

News365.az xəbər verir ki, Tərlana narkotiki İrandan Fərid adlı şəxs göndəribmiş.

Onların tanışlığı İrana gedən zaman yaranıb. Belə ki, Tərlan İrandan qab-qacaq və digər əşyalar alaraq Bakıya gətirib satırmış. Sonuncu dəfə İrana gedən zaman Fəridin evində qalıblar. Aldıqları malları Bakıya gətirmək istəyən zaman sərhədlər bağlanıb. Ona görə də aldıqları malları Fəridgilin evində qoyaraq Bakıya qayıdıblar.

Tərlanın sözlərinə görə pula ehtiyacı olduğu üçün Fəridə zəng edərək aldıqları malları satıb pulunu göndərməsini istəyib. Bu zaman Fərid ona “iş” təklif edib. İş də narkotik satmaq olub.

Özünü qismən təqsirli bilən Tərlan etiraf edib ki, narkotik vasitə istifadəçisi olub. Əlavə edib ki, Fəridin ona qeyd edilən çəkidə narkotik vasitə göndərəcəyini bilmirmiş. Onun sözlərinə görə Fərid İrandan ona pay olaraq öz istifadəsi üçün narkotik göndərəckmiş.

“Uşağım xəstə idi. Onun boğazından kəsib narkotik almaq istəmirdim. Buna görə də Fəridin göndərdiyini götürmək qərarına gəldim”,- deyə Tərlan ifadəsində göstərib.

Məhkəmə istintaqı zamanı Tərlanın iranlı Fəridlə telefon danışıqları, yazışmaları da sübut kimi qiymətləndirilib. Tərlanın həmin yazışmalarda narkotik götürməyə getdiyi sübut olunur.

Məhkəmənin hökmü ilə Tərlan 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Sizin reklam burada
Sizin reklam burada