ABŞ güman edir ki, müəyyən mərhələdə Ukrayna ilə qarşılıqlı əlaqə, o cümlədən silah və kəşfiyyat məlumatlarının ötürülməsi bərpa olunacaq.
News365.az xəbər verir ki, bunu Amerika liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
Qeyd edək ki, bundan öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Ukraynaya yardımın gələcəkdə bərpa ediləcəyini açıqlamışdı.
Xatırladaq ki, 4 martdan ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımları tam dayandırıb.