Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər.
News365.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan xorvatiyalı həmkarı Qordan Qlik Radmanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O söyləyib ki, Avropanın təhlükəsizliyi təkcə Ukrayna ilə bağlı məsələ deyil.
Nazir qeyd edib ki, ölkəsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır:
“Biz həmişə bildirmişik ki, dialoqa və demokratiyaya əsaslanan təşəbbüslərə açığıq".
H.Fidan Türkiyənin bundan sonra da Suriyanı dəstəkləyəcəyini diqqətə çatdırıb.