Tovuzda dəhşətli hadisə - Yeni doğulan körpə öldü

Tovuzda dəhşətli hadisə - Yeni doğulan körpə öldü
18:45

Tovuz rayonunda yeni doğulan körpə ölüb.


Bu barədə news365.az-a TƏBİB-dən məlumat verilib.


Qeyd olunub ki, uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib:


“2025-ci il martın 5-də saat 17:30 radələrində Gədəbəy rayon sakini, 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.


Qeysəriyyə üsulu ilə çəkisi 3 min 500 qram, boyu 50 sm olan körpə (oğlan) doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib.


Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 2025-ci il martin 5-i saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb”.


Sizin reklam burada
Sizin reklam burada