Bakı Slavyan Universitetinin 2 saylı yataqxanasının sanitar qovşağının (ayaqyolunun) bərbad vəziyyətdə olması tələbələrin ciddi narazılığına səbəb olub. News365.az xəbər verir ki, tələbələr bu barədə sosial mediada şikayət videosu yayımlayıblar.
Paylaşılan görüntülərdə yataqxananın sanitar şəraitinin olduqca yararsız vəziyyətdə olduğu görünür. Tələbələr bu vəziyyətin uzun müddətdir davam etdiyini və müvafiq qurumların problemin həlli üçün heç bir addım atmadığını bildirirlər.
Şikayətlərə baxmayaraq, hələlik universitet və aidiyyəti qurumlardan rəsmi açıqlama verilməyib. Tələbələr problemin tezliklə həll olunmasını və sanitar şəraitin yaxşılaşdırılmasını tələb edirlər.