News365.az xəbər verir ki, Peskov bu məsələnin hər bir xristian üçün müqəddəs olduğunu bildirib.
“Biz bu suala cavab verib-verməmək barədə düşündük. Lakin mövzu o qədər müqəddəs və xüsusidir ki, ictimai müzakirə obyekti olmamalıdır”, – Kremlin sözçüsü deyib.
Qeyd edək ki, bu il Pasxa bayramı aprelin 20-nə təsadüf edir. “Böyük oruc” müddəti xristianların Pasxa öncəsi mənəvi, psixoloji və fiziki hazırlığı kimi dəyərləndirilir.
Xatırladaq ki, bir qədər əvvəl bu sualı Peskova ünvanlamışdılar. O, Rusiya liderindən soruşduqdan sonra cavab verəcəyini açıqlamışdı.