Azərbaycan Dəmir Yolları QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 8 və 9 mart tarixlərində əlavə qatar reysləri təyin edir.
Qurumdan News365.az-a verilən məlumata görə sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarıyla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
News365.az