Tanınmış müğənni Aynur Dadaşova başına gələn maraqlı bir hadisəni danışıb. Onun sözlərinə görə, bir gün gənc bir oğlan ona yaxınlaşıb və keçmişdə yaşadığı bir xatirəni bölüşüb.
"Bir dənə çox gözəl, cavan bir oğlan gəldi. Dedi ki, Aynur xanım, olar sizə bir söz deyim? Dedim ki, buyurun. O da mənə dedi ki, 'Siz efirdə oxuyanda, mən şortikdə efirin qarşısında ora-bura qaçırdım. İndi isə tanınmış bir ürək cərrahıyam. Amma siz heç dəyişməmisiniz’," – deyə Aynur Dadaşova bildirib.
Müğənni bu sözlərin onu çox təsirləndirdiyini bildirib və insanın daxili dünyasının onun zahirinə təsir etdiyini vurğulayıb:
"Görün, Allah ona nə gözəl ürək verib. Mən də həmişə cavan, təravətli qalacam. Çünki mən heç vaxt insanlara qarşı pis fikirləşməmişəm. Həmişə yaxşı şeylər düşünmüşəm. Allah məni bu dünyaya belə gətirib."
O, pis niyyətli insanlara yazığı gəldiyini də qeyd edib və pozitiv düşüncənin həyatındakı rolunu vurğulayıb.