“Ukraynada minlərlə Qərb hərbçisinin yerləşdirilməsinin mənası yoxdur”.
News365.azxəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Minlərlə, on minlərlə və ya yüz minlərlə avropalı və ya qərbli hərbçinin yerləşdirilməsindən danışmırıq. Bunun mənası yoxdur”, - o bildirib.
Makronun sözlərinə görə, Avropa strateji şəkildə həmrəylik nümayiş etdirmək niyyətindədir. Fransa lideri konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.