Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri (VSU) Kursk vilayətində 290-dan çox əsgərini itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik rəsmi hesabatında məlumat verilib.
Bundan əlavə, düşmən Kursk sərhəd bölgəsində bir tank, üç zirehli transportyor, dörd döyüş zirehli texnikası, yeddi avtomobil və iki minaatan itirib. Ukrayna Silahlı Qüvvələri həmçinin 4 pilotsuz təyyarə idarəetmə məntəqəsini də itirib. Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində birləşmələrinin məhv edilməsi əməliyyatının davam etdiyini vurğulayıb.
Aprelin 7-də Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində daha bir yaşayış məntəqəsinin azad edilməsi barədə məlumat yaymışdı. "Şimal" qoşun qrupu döyüşçüləri Ukrayna ilə sərhəddə yerləşən Quevo kəndindən çıxara bilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural