Yük maşını aşdı, toyuqlar yola dağıldı

Yük maşını aşdı, toyuqlar yola dağıldı
10:06

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb.

News365.az xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Xeyli miqdarda qida və qeyri-qida məhsulu yola dağılıb.

Şimal.news-un hadisə yerindən paylaşdığı görüntüləri təqdim edirik.


Sizin reklam burada
Sizin reklam burada