Kəramət Böyükçöldən Çevikinin həbsi ilə bağlı diqqətçəkən şərh

Kəramət Böyükçöldən Çevikinin həbsi ilə bağlı diqqətçəkən şərh
09:50

Yazıçı Kəramət Böyükçöl hökumətin dinə və ateizmə münasibəti ilə bağlı fikirlərini bölüşüb.

O, bildirib ki, hakimiyyət üçün insanların dindar və ya ateist olması deyil, ölkədə sabitliyin qorunması əsas məsələdir.

“Hökumət üçün maraqlı deyil sən dindarsan, yoxsa ateist, Allaha inanırsan, ya yox. Onun üçün maraqlı olan sabitlikdir. Hökumət dindara məscid tikir ki, get ibadətini elə, ateistə də təqaüd, ev, maşın, fəxri ad verir ki, get kef elə. Lazım olanda ateistdən istifadə edir, lazım olanda dindarlardan”, – deyə yazıçı qeyd edib.

Kəramət Böyükçöl son dövrlərdə baş verən həbslərə də münasibət bildirib. Onun sözlərinə görə, Çevikin həbs edilməsinin səbəbi cəmiyyətdə qarşıdurma yarada biləcək fikirlər səsləndirməsi, onu döyən şəxsin saxlanılmasının səbəbi isə fərqli mesaj vermək olub.

“Hökumət Çeviki də həbs elədi, onu döyəni də. Niyə? Çeviki ona görə həbs elədi ki, sən əhalisinin böyük əksəriyyəti dindar olan bir ölkədə ‘Allah yoxdur’ deyib qarşıdurma yaradırsan, camaatı qızışdırır və aqressivləşdirirsən. Çoxu da elə bilir sən hökumət layihəsisən. Çeviki döyəni də ona görə həbs elədi ki, heç kim çaşmasın, bu ölkədə ancaq biz kimisə döyə bilərik”, – deyə Kəramət Böyükçöl vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada