Qəzanı çəkməyə gedirdilər, özləri qəzaya düşdülər

Qəzanı çəkməyə gedirdilər, özləri qəzaya düşdülər
09:48

ABŞ-də jurnalistləri avtobus qəzası yerinə aparan NBC-Los-Anceles vertolyotu qəzaya uğrayıb.

News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Hadisə Los-Ancelesdə qeydə alınıb. Belə ki, Los-Ancelesdə avtobus qəzasını işıqlandıran jurnalistləri daşıyan vertolyotun qəzaya düşüb. İki konteyner və bir nəqliyyat vasitəsinin üzərinə düşən vertolyot partlayıb.

Təcili yardım briqadaları dərhal hadisə yerinə gəlib, lakin göyərtədəki üç nəfəri xilas etmək mümkün olmayıb. Bir nəfər isə xəsarət alıb.

Los-Anceles Polis Departamenti vertolyotun göyərtəsində olan insanların dəqiq sayının hələlik məlum olmadığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada