“Ukraynada adi həyat görüntüsü olsa da, insanlar hər an təhlükə altındadır” - İlham İsmayıl

“Ukraynada adi həyat görüntüsü olsa da, insanlar hər an təhlükə altındadır” - İlham İsmayıl
10 İyl 2025 16:47

 “Ukraynada adi həyat görüntüsü olsa da, insanlar hər an təhlükə altındadır” 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl News365.az-a açıqlamasında Ukraynada, xüsusilə də paytaxt Kyivdəki vəziyyətə dair təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, şəhərdə ilk baxışdan normal həyat davam edirmiş kimi görünsə də, əslində, insanlar daim təhdid altındadır.

“Lücali xanım, Kyivə səfər etsəniz, adi bir gündə şəhərdəki həyat sizə çox normal görünə bilər. İnsanlar işə gedir, mağazalar açıqdır, restoranlar işləyir, hətta Bakıda olduğu kimi tıxac da var. Amma bu görünən tərəfdir. Reallıq odur ki, hər axşam sirenlər səslənir, raket və dron hücumları başlayır, insanlar sığınacaqlara getməyə məcbur olurlar. Elə dünən axşam mən də bu vəziyyəti yaşadım”, – deyə İlham İsmayıl bildirib.

Ekspert əlavə edib ki, Kyivdə insanlar heç vaxt tam təhlükəsiz hiss etmir, onların üzündə daim bir təlaş, bir kədər hiss olunur:
“Bunu hiss etməmək mümkün deyil. İnsanların içində bir narahatlıq var, bu, çox aydın görünür.”

İlham İsmayıl Ukraynada apardığı görüşlər barədə də məlumat verib:
“Bu günlərdə bir sıra siyasi və hərbi ekspertlərlə görüşlərimiz olub. ABŞ Prezidenti Co Baydenin Ukraynaya silah dəstəyinin bərpasına dair son açıqlamaları da müzakirə edilib. Ukraynalı ekspertlər bu açıqlamalara tam ümidlə yanaşmır, bir qədər skeptikdirlər. Onlar bunu Trampın xarakterindən irəli gələn qeyri-müəyyənliklə əlaqələndirirlər.”

Ekspertin fikrincə, siyasi ritorikada dəyişiklik olsa da, Ukrayna cəmiyyətində hələ də sabit və etibarlı dəstək gözləntisi tam formalaşmayıb.


Sizin reklam burada
Sizin reklam burada