Hörmüz böhranı qlobal ticarəti dəyişir: Panama kanalına maraq kəskin artır

Hörmüz böhranı qlobal ticarəti dəyişir: Panama kanalına maraq kəskin artır
19:40

İranla bağlı artan gərginlik və Hörmüz boğazının faktiki olaraq bağlanması qlobal ticarət marşrutlarında köklü dəyişikliklərə səbəb olub.

News365.az  xarici mediaya istinadən xəbər verir ki, Panama Kanalı Otoritesinin maliyyə direktoru Victor Vial bildirib ki, oktyabr ayından etibarən Panama kanalından keçən gəmilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 300 ədəd artıb.

Mütəxəssislərin fikrincə, Hörmüz boğazında yaranan risklər səbəbindən xüsusilə enerji daşıyıcıları və yük gəmiləri alternativ marşrutlara yönəlir. Bu isə Panama kanalı kimi daha təhlükəsiz və sabit keçid nöqtələrinə tələbatı artırır.

Qeyd olunur ki, bu tendensiya qlobal logistika zəncirində yeni dəyişikliklərə yol aça, eyni zamanda daşınma xərclərinin artmasına səbəb ola bilər.


Sizin reklam burada
Sizin reklam burada