Macar dilində "Aborigines et incunabula Magyarorum ac gentium cognatarum populi Pontici", Azərbaycan dilində "Macarların və onlarla qohum olan xalqların mənşəyi və beşiyi: Pont (Qara dəniz) xalqları" adlanan bu kitabın müəllifi isə görkəmli macar tarixçisi, ilahiyyatçısı György Fejérdir.
Təqdim etdiyim kitab 1840-cı ildə Budada nəşr edilib. PDF formada kitabı oxumaq üçün
Macar xalqının soy kökünü, hansı regiondan ilk addımlarını atmasını araşdıran və dünyanın hansı xalqlarının onların millət olaraq formalaşmasında araşdıran müəllifin əsas dayandığı və öz xalqının başlanğıc nöqtəsi hesab etdiyi yer Azərbaycandır.
Kitabda qədim Qafqaz Albaniyası və bu ərazidə yaşamış xalqlar barədə geniş araşdırmaları ortaya qoyur.
“Müəllif antik mənbələrə istinad edərək, Azərbaycanın macarların və digər köçəri xalqların (məsələn, hunların) Avropaya doğru hərəkət etməmişdən əvvəlki ilkin vətənlərindən biri olduğunu iddia edir”
XIX əsrdə Armin Vamberi və ya Karoli Antal və digər macar tarixçisi öz əcdadlarını türk hesab edirdilər və öz köklərinin başlandığı coğrafiyanın Azərbaycan-Xəzər bölgəsinən olduğuna əmin idilər.
Ona görə də Fejér bu əsərində Qafqazı, xüsusilə də Azərbaycanı "tarixi beşiyin" bir hissəsi kimi dərindən araşdırıb.
Müəllif iddia edir ki, “macarların ulu babaları bir zamanlar Xəzər dənizi ilə Qafqaz dağları arasındakı düzənliklərdə, yəni qədim Albaniya ərazisində məskunlaşıblar. O, antik müəlliflərə istinadən yazır ki, bu ərazidəki tayfalarla macarlar arasında qan qohumluğu və dil yaxınlığı mövcud olub.”
Müəllif xüsusi vurğulayır ki, “xəzərlərin bir qolu olan Kavarlar (Kəbirli) xaqanlığa qarşı üsyan edib macarlara qoşulmuşdular. Bu tayfalar əslən Azərbaycanın şimal və Dağıstan bölgələrindən idilər.”
Burda bir haşiyə çıxım!
Macarıstan krallığını quran türk Arpad boyu da Xəzərlərin bir qoludur. Arpadlar Xəzərlərin Kabar qoluna mənsub bir boy kimi tarix səhnəsinə çıxmış, daha sonra Avropaya köçərək Macarıstan krallığını qurmuşdular.
Arpad türklərin Kavar qoluna məxsus tayfadandır. Əslində, Kəbər oymağı adlanır. Bu tayfanın Y-DNT genealoji halqorupu R1a Z93 – SUR51 subkladıdır. Bu isə qədimdən Azərbaycanın Qarabağ-Zəngəzur bölgəsində yaşayan Kəbirli elinin halqorupu ilə eynilik təşkil edir. Kəbər-Kəbirli oymağı məhz macarların ulu babaları sayılmalıdır. Bu oymağın yaşadığı torpaqlar isə Qarabağ-Zəngəzur bölgəsi sayıla bilər. Bir sözlə, oğuzların bir qoludur.
Müəllif kitabında bu faktı birbaşa təsdiq edir.
Müəllif qeyd edir ki, macarlar xristianlığı qəbul etməzdən əvvəl Azərbaycan və Orta Asiya xalqlarına xas olan şamanizm və Tengriçilik elementlərini məhz bu regionda — Azərbaycanın qədim dini mərkəzlərinin təsiri altında saxlayıblar.
György Fejér yazır ki, macarların tarixi Avropadan deyil, Qafqazın Qarabağ-Zəngəzur bölgəsindən Azərbaycanın Xəzər sahillərindən başlayır. Onun fikrincə, bu coğrafiyadakı alban, xəzər və digər türk tayfaları ilə qarışan macarlar, bugünkü Avropa kimliklərinin təməlini məhz bizim bu torpaqlarda atıblar.
Müəllif macar dilindəki idarəçilik, atçılıq, silah və ailə münasibətləri ilə bağlı və əksər sözləri bu regionun qədim sakinlərinin — Xəzərlərin, Hunların və Azərbaycanın qədim türk tayfalarının dili ilə əlaqələndirir. Macar dili tamamilə Türk-Xəzər dilidir və bu dil Azərbaycanın, Xəzər sahillərinin hərbi terminologiyası üzərində qurulub. Müəllifin fikrincə, bu gün bir macar və bir azərbaycanlı öz qədim hərb və dövlət terminlərinə baxsa, eyni "beşikdən" gəldiklərini görərlər.
O hesab edir ki, macar dili və qanı Azərbaycanın dağlarında və düzənliklərində bişmiş, Xəzər xaqanlığının dövlətçilik ənənəsi ilə formalaşmış və yalnız bundan sonra Dunay çayı sahillərinə daşınmışdır.
Zaur Əliyev, tarixçi