ABŞ-nin İrana qarşı əməliyyatlarının cari xərcləri 25 milyard dollar həcmində qiymətləndirilir.
News365.az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə aprelin 29-da Pentaqonun maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edən Culs Herst bildirib.
"Bu günə qədər biz "Epik qəzəb" əməliyyatına təxminən 25 milyard dollar xərcləmişik", - deyə o, Nümayəndələr Palatasının profil komitəsində keçirilən dinləmələrdə bildirib.
Daha əvvəl Donald Tramp bəyan etmişdi ki, 2027-ci ildə Birləşmiş Ştatların müdafiə büdcəsində qeyri-hərbi komponent üzrə xərcləri 10 faiz və ya 73 milyard dollar azaltmaq lazımdır.
Bundan əlavə, layihədə ümumi müdafiə büdcəsinin 1,5 trilyon dollara qədər artırılması təklif olunur ki, bu da Pentaqonun xərclərinin hazırkı səviyyədən 40 faizdən çox artması deməkdir.