İctimaiyyət arasında İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımov-un vəzifəsindən ayrılacağı və yenidən namizəd olmayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
News365.az-ın məlumatına görə, Balakişi Qasımov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, yaxın günlərdə bu barədə qərarını elan edəcək.
“İnşallah, bu həftə bu barədə qərar verəcəyəm. Böyük ehtimalla yenidən namizəd olacağam”, – deyə o qeyd edib.
O, həmçinin sosial şəbəkələrdə və mediada yayılan digər iddialara da münasibət bildirib. Qasımov İTV rəhbərliyindən ayrılaraq AzTV-yə təyin olunacağı barədə yayılan xəbərləri şayiə adlandırıb:
“Mən şayiələri şərh etmək istəmirəm, indiyədək də etməmişəm. Bu, qeyri-ciddi məlumatdır”, – deyə o bildirib./// manşet.az