Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır
16:35

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Moskvaya səfər ediblər.

News365.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri ABŞ-li rəsmilərin olduğu xüsusi təyyarənin eniş etdiyi Moskvanın "Vnukovo" hava limanından məlumat verib.

Məlumata görə, hava limanında Uitkoff və Kuşneri Rusiya Prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb. pizza sifarişi

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirmişdi ki, ABŞ emissarları Uitkoff və Kuşner Rusiyada həmişə arzuolunan qonaqlardır və Moskva məmnuniyyətlə onlarla işləyir./Oxu.az



Sizin reklam burada
Sizin reklam burada