İsrail Qəzzada HƏMAS-ın üç silah anbarını vurdu

İsrail Qəzzada HƏMAS-ın üç silah anbarını vurdu
12:12

Qəzza sektorunda İsrail ordusunun hərbi əməliyyatları davam edir. Bu dəfə zərbələrin hədəfi HƏMAS hərəkatına məxsus olduğu bildirilən üç silah anbarı olub.

News365.az TASS-a istinadən xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti anbarlara zərbələr endirildiyini açıqlayıb.

Hərbçilərin məlumatına əsasən, həmin obyektlərdə raketlər, raket buraxılış qurğuları, tank əleyhinə qumbaraatanlar, “Kalaşnikov” avtomatları və digər hərbi təyinatlı vasitələr saxlanılıb.

İsrail tərəfi əməliyyatların əsas məqsədinin silahlı qruplaşmaların hərbi imkanlarını zəiflətmək və onların yenidən silahlanmasının qarşısını almaq olduğunu bildirib. Ordunun açıqlamasına görə, bu istiqamətdə tədbirlər davam etdiriləcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada