Türkiyənin Bursa şəhərində meşə yanğını başlayıb

Türkiyənin Bursa şəhərində meşə yanğını başlayıb
17:30

Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda meşəlik ərazidə yanğın başlayıb.

News365.az "TRT Haber"ə istinadən xəbər verir ki, əraziyə dərhal Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yanğınsöndürənlər göndərilib.

Yanğınla mübarizəyə 3 təyyarə, 11 helikopter, 37 su daşıyan maşın, iki ağır texnika və 242 canlı qüvvə cəlb olunub.

Hadisənin səbəbi isə hələ ki müəyyən edilməyib.


Sizin reklam burada
Sizin reklam burada