Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Baş Kriminal Polis İdarəsinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşlarnını həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində bir sıra ağır cinayətlərə görə İnterpol xətti ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşı, 1990-cı il təvəllüdlü T.E. saxlanılıb.
News365.az xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, saxlanılan şəxs Türkiyə Respublikası tərəfindən adam öldürmə, adam öldürməyə cəhd, soyğunçuluq, qanunsuz silah alveri, soyğunçuluq və mütəşəkkil cinayətkar qruplaşmaya üzv olmaq ittihamları ilə beynəlxalq axtarışa verilib.
İstintaq zamanı müəyyən edib ki, təqsirləndirilən şəxs hələ onun barəsində beynəlxalq axtarış elan olunmamışdan əvvəl Gürcüstan sərhədini keçib.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri intensiv istintaq tədbirləri nəticəsində həmin şəxsin yeri müəyyən edilib və o, həbs edilib.