Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda 6 mərtəbəli hoteldə yanğın olub.
News365.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın zamanı 12 nəfər xəsarət alıb.
Yanğın qısa zamanda yuxarı mərtəbələrə yayılıb. Köməksiz vəziyyətdə qalan 7 nəfər təxliyə edilib
Xəsarət alan 12 nəfər xəstəxanaya çatdırılıb. Yanğın söndürülüb.