İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
11:28

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən News365.az-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Oktyabr ayının 18-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


    Sizin reklam burada
    Sizin reklam burada