Türkiyədə bu il dənizdə beş mindən çox insan xilas edilib

Türkiyədə bu il dənizdə beş mindən çox insan xilas edilib
05 Sen 2025 17:15

Türkiyədə Sahil Mühafizə Xidmətinin əməkdaşları bu il yanvarın 1-dən avqustun 31-dək dəniz sularından 5 min 423 nəfəri xilas edib.

News365.az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Məlumata görə, xilasedicilər 108 nəfərin meyitini dənizdən çıxarıb.

İnformasiyaya əsasən, bu ilin ilk səkkiz ayında 114 qayıq da sudan çıxarılıb.


Sizin reklam burada
Sizin reklam burada