Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan bulvarının açılış mərasimi keçirilib.
News365.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində çıxış edərkən məlumat verib.
"Şəhər xəstəxanasına və birləşdirici yollara əlavə olaraq, 2,5 km uzunluğunda olan Azərbaycan Bulvarı yol qovşağını da açıq elan edirik", - o bildirib.