Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
News365.az xəbər verir ki, Cayşankar bu barədə “X” hesabında paylaşım edib.
“Paşinyanla Dehlidə tranzit səfəri zamanı görüşməkdən məmnun oldum. İqtisadi, təhlükəsizlik, mədəni və xalqlar arasında əlaqələrimiz inkişaf etməkdə davam edir. Paşinyanın regiondakı son hadisələrlə bağlı fikirlərini yüksək qiymətləndirirəm. Həmçinin Körfəzdə və Ukraynadakı münaqişələr barədə fikir mübadiləsi apardıq”, – Cayşankar bildirib.