Növbəti mövsümə hazırlaşan “Turan Tovuz” yeni transferə hazırlaşır.
Klub nigeriyalı mərkəz müdafiəçisi Sodika Raşidlə danışıq aparır.
Son mövsümü Şimalı Makedoniyanın “Rabotniçki” klubunda keçirən futbolçunun müqaviləsi artıq başa çatıb.
“Turan Tovuz”la ilkin razılıq əldə edən nigeriyalının yaxın günlərdə Azərbaycana gəlməsi gözlənilir.
Qeyd edək ki, Sodika Raşid Nigeriya və Rusiya klublarının da formasını geyinib.