Türkiyənin Milli Müdafiə Nazirliyi Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatının (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb.
News365.az xəbər verir ki, Qara dəniz üzərindən Türkiyənin hava məkanına yaxınlaşan naməlum hava hədəfi aşkar edilərək mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb.
Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib.
Açıqlamada qeyd olunur ki, sözügedən hava hədəfinin idarəetmədən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib və mümkün risklərin qarşısını almaq üçün yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq məhv edilib.