Şabranda qanunsuz ov edən şəxs saxlanılıb

Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
15 Dek 2025 23:00

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 1 nəfər saxlanılıb.

News365.az xəbər verir ki, həmin şəxsdən 1 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.


Sizin reklam burada
Sizin reklam burada