Səudiyyə Ərəbistanı vəliəhdi “Barselona”nı almaq istəyir

Səudiyyə Ərəbistanı vəliəhdi “Barselona”nı almaq istəyir
14 Dek 2025 14:00

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman “Barselona” klubunun alınması üçün nəhəng maliyyə təklifi verməyə hazırlaşır.

 Məhəmməd bin Salman “Barselona”nı almaq üçün 10 milyard avro (18,5 milyard AZN) təklif etməyi planlaşdırır.
 

Jurnalist Fransua Qalyardo mənbəsinə istinadən bildirir ki, katalon klubunun borcu 2,5 milyard avrodan (4,6 milyard AZN) çoxdur və bu məbləğin bağlanması olduqca çətin proses hesab olunur.


Qeyd olunur ki, potensial sövdələşmənin qarşısındakı əsas maneə klubun üzvləridir.

Məhz üzvlərin mövqeyi “Barselona”nın mümkün satışında həlledici amil ola bilər.


Sizin reklam burada
Sizin reklam burada