Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iştirak edən Azərbaycan boksçuları vətənə qayıdıb.
Onları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman həvəskarları, yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Turnirdə Sübhan Mamedov (48 kq) qızıl, Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub.