Türkiyəli müğənni Tuğba Ekinçinin Bakıda baş tutan konserti zamanı seçdiyi səhnə geyimi diqqət çəkib.
News365.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sənətçinin səhnəyə qısa, bədən quruluşunu ön plana çıxaran libasla çıxdığı görünür. Onun geyimi sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və istifadəçilər Ekinçinin səhnə tərzi ilə bağlı müxtəlif fikirlər bildiriblər.
Qeyd edək ki, müğənni Azərbaycanda daha əvvəl də səhnə çıxışları və geyim tərzi ilə diqqət çəkib.