Ötən gün Donald Trampın prezident seçilməsi ilə
dünya iqtisadiyyatında təlatümlər oldu. Beləki,
ABŞ bondları 4.5
faiz, dollar səbət valyutalara nisbətən 2 faiz güclənib. “Bitcoin”in qiyməti
ilk dəfə olaraq 75 min dollaradək yüksəldi. Bu da onu göstərir ki, Trampın qələbəsini dəstəkləyən gizli qüvvvələr
arasında bu sektorun nəhənglərin əməyi az olmayıb.
Trampın
seçilməsi dünya və ölkəmiz üçün hansı təsirlər yarada bilər?
Bununla bağlı
News365.az –a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, Tramp
proteksionizm siyasətinə sadiq qalaraq, ABŞ sahibkarlarını qorumaq və ticarət
balansında ciddi müsbət təsirlər əldə etmək üçün gömrük yığımlarının dərəcəsini
məhsullardan asılı olaraq 15 faizdən 100 faizədək olan aralıqda artıracaq:
“Məşğulluğun
artırılması və sahibkarların dəstəklənmsəsi üçün vergi güzəştləri edəcək. Bunlar
ABŞ-ən daxili siyasəti kimi görünsə də, amma ABŞ bazarına çıxan ölkələr üçün, o
cümlədən Çin üçün ciddi problemə çevriləcəkdir. Trampın birinci hədəfi Çindir.
Amma bu həm də ABŞ-ın özündə qiymətləri yüksəlməsinə və infilyasiyanın
artmasına səbəb olacaqdır. Təbii ki, bu da dünya üçün təsirsiz ötüşməyəcək”.
Müsahibimiz
hesab edir ki, yaxın gələcəkdə ABŞ-dan kütləvi deportasiyalar mümkündür:
“Çünki, o,
miqrasiya siyasətini sərtləşdirəcəyini bildirmişdir. Hətta Trampın Amerikanı qlobal
istixana qazı emissiyalarının azaldılması üçün çərçivə sənədi olan Paris
Sazişindən çıxaracağını bildirmişdi. Bu isə qlobal dünyanın yaşıl
strategiyayasına ciddi təhdiddir. Böyük ehtimal ki, o, ənənəvi enerjiyə
üstünlük verərək, neft-qaz hasilatını artıracaq. Odur ki, neft qiymətlərində
enişlər gözləmək olar. Bu isə neft hasil edən ölkələr üçün, o cümlədən Azərbaycan
üçün arzuolunan hal deyil. Trampın Çini ticarət alətləri vasitəsilə
sıxışdıracağı dəqiqdir. İrana qarşı
sanksiyaları artıracağı da şübhəsizdir.
Hətta yaxın
Şərqlə bağlı İsraili dəstəkləyəcəyini də düşünürəm. Amma onun Ukrayna-Rusiya
münaqişəsində tutacağı mövqe ilə bağlı narahat edici bəzi məqamlar vardır.
Çünki onun Ukrayna-Rusiya münaqişəsində atacağı doğru olmayan addım qısa bir müddət
sonra öz mənfi təsirini Cənubi Qafqazda göstərə bilər”.
News365.az