ABŞ prezidenti Donald Tramp Ağ Evdə ölkənin aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə nahar yeməyində görüşüb. Tədbirə bir çox iri şirkətin yüksək səviyyəli menecerləri qatılıb, lakin Tesla, SpaceX və X platformasının sahibi İlon Mask dəvətlilər siyahısında olmayıb.
Qeyd edək ki, Mask uzun müddətdir Trampa yaxın fiqur kimi tanınır. Buna baxmayaraq, onun bu görüşə çağırılmaması diqqət çəkib.
News365.az xəbər verir ki, Tramp çıxışında xüsusilə süni intellekt sahəsində ABŞ-ın lider mövqeyini vurğulayıb:
“Biz süni intellektdə Çindən irəlidəyik. Bu, gələcəyin əsas investisiya sahəsidir” – deyə bildirib.
Yığıncaqda çıxış edən texnologiya liderləri isə hökumətin təşəbbüslərinə dəstək verdiklərini ifadə edib, süni intellektə yönələn yeni yatırımları barədə məlumat veriblər.
Əvvəlcə mətbuat üçün qapalı elan edilən görüşün son anda jurnalistlərə açılması ilə Tramp və digər texnologiya rəhbərlərinin görüntüləri yayımlanıb.
Beləliklə, Trampın texnologiya dünyası ilə dialoqu gücləndirmək üçün atdığı bu addım, Maskın tədbirə dəvət edilməməsi səbəbilə daha da müzakirə mövzusuna çevrilib.