Tramp yenidən prezidentliyə namizəd olacaq

Tramp yenidən prezidentliyə namizəd olacaq
11:00

“Növbəti prezident seçkilərində yenidən namizədliyimi irəli sürəcəyəm”.

News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) Vaşinqtondakı “Waldorf Astoria” hotelində təşkil etdiyi şam yeməyində deyib.

Aprel ayında baş vermiş silahlı insident səbəbindən yarımçıq qalan tədbirin yenidən keçirilən proqramına qatılan Tramp çıxışının sonunda Prezident əvvəlcə bunu zarafat kimi təqdim edib, daha sonra dördüncü dəfə prezidentliyə namizəd olmaq niyyətində olduğunu bildirib.

“Mən dördüncü dəfə ABŞ prezidenti vəzifəsinə namizəd olacağam. Rəsmi addımı atacağam. Əslində, bunu artıq etmişəm. Üç dəfə qalib gəlmişəm, indi yenə qalib gələcəyəm”, – Tramp söyləyib.

“Mətbuata nə qədər dəyər verdiyimi göstərmək və reytinqlərinizi qorumaq üçün sizə eksklüziv xəbər vermək istəyirəm”, – deyən Tramp namizədlik qərarını jurnalistlər üçün xüsusi açıqlama kimi təqdim edib.

Çıxışı zamanı Tramp seçki kampaniyalarında istifadə etdiyi qırmızı papağı taxaraq üzərində “TRUMP 2028” yazısını nümayiş etdirib. Onun bu açıqlamasından sonra zalda qısa müddətlik sükut yaranıb.


Sizin reklam burada
Sizin reklam burada