ABŞ prezidenti Donald Tramp İsraildəkinə bənzər “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin yaradılması üzrə rəsmi prosesə başlamaq üçün fərman imzalayıb.
News365.az xəbər verir ki, prezident Donald Tramp ordu ilə bağlı dörd yeni fərman imzalayıb.
Ağ Evdən verilən açıqlamaya görə, fərmanlardan birincisi COVID-19 peyvəndi tələbinə qarşı çıxdıqları üçün işdən çıxarılan və ya tərk etməyə məcbur edilən hərbçilərin vəzifələrinə bərpa edilməsi, ikincisi isə İsraildə olduğu kimi ABŞ-də hava hücumundan müdafiə sistemi olan "Dəmir günbəz" hazırlanmasına başlaması, üçüncüsü, transseksualların orduda yer almasının qarşısının alınması, dördüncü fərman orduda müxtəliflik, bərabərlik, inklüzivlik ofislərinin bağlanması ilə bağlıdır.
"ABC News"un "Dəmir günbəz"lə bağlı əldə etdiyi məlumata görə, fərman ABŞ-ni ballistik, hipersəs, təkmil qanadlı raketlər və digər yeni nəsil hava hücumlarından qoruyacaq yeni nəsil raketdən müdafiə qalxanının həyata keçirilməsini hədəfləyir.
ABŞ və İsrailin mediasının yazdığına görə, ABŞ-nin "Dəmir günbəz"lə bağlı fərmanı İsrail tərəfində şok effekti yaradıb.